[b]“Bu mövsüm əvvəlkilərdən daha gərgin olacaq”[/b]
26.07.2016 - 18:18
[b]“Bu mövsüm əvvəlkilərdən daha gərgin olacaq”[/b]

“Düzü, ilk turda hansı komanda ilə qarşılaşacağımızın böyük fərqi yox idi. Premyer Liqadakı komandaların hər biri ilə qarşılaşmaq çətindi. Düşünürəm ki, bu mövsüm əvvəlkilərdən daha gərgin olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov deyib.

 

Klubun rəsmi saytına danışan çalışdırıcı Topaz Premyer Liqasında 2016/2017 mövsümünün püşkatmasına toxunub. İlk turda “Sumqayıt”ı qəbul edəcək “Zirə”nin baş məşqçisi püşkün nəticəsini belə dəyərləndirib: “Komandaların sayı azalsa da, son mövsümü ilk “8-lik”də bitirənlərdi. Biz bu komandaların bir-birinə qarşı necə oynadığını gördük. “Sumqayıt”ın “Qarabağ”ı məğlub etməsi, “İnter”dən səfərdə xal almasını, bizim “Qəbələ” və “İnter” kimi rəqiblərlə oyunlarımızı nümunə göstərə bilərik. Belə qarşılaşmalar çox oldu və qarşıdakı çempionatda daha çox olacağı şübhəsizdi. Bizi çox çətin mübarizə gözləyir”. 

 

Qeyd edək ki, “Zirə” ötən mövsüm “Sumqayıt”a qarşı keçirdiyi 4 oyundan 3-də qələbə qazanıb, birində isə heç-heçə edib.