[b]“Bu şəkildə oynamaq adi bir şey deyil” – Antonio Konte[/b]
09.09.2017 - 21:13
[b]“Bu şəkildə oynamaq adi bir şey deyil” – Antonio Konte[/b]

“Biz oyunumuzdan razı ola bilərik. Çox yaxşı çıxış etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.

 

İngiltərə Premyer Liqasının IV turunda səfərdə “Lester”lə qarşılaşan “zadəganlar”ın italiyalı çalışdırıcısı matçla bağlı fikirlərini bölüşüb: “Vəziyyətə nəzarət edirdik, daha çox qol vura bilərdik. Qapımıza vurulan penalti qolundan sonra “Lester” bir az dirçəlib təhlükə yaratmağa çalışsa da, onlara belə imkan vermədik. Beynəlxalq oyunlarla əlaqədar yaranmış fasilədən sonra bu şəkildə oynamaq adi bir şey deyil. Kante qolu? Onun adına sevindim. Meydandakı ən yaxşılardan biri idi və qol vurması da yeni xəbər deyil”.

 

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”la eyni qrupda mübarizə aparacaq “Çelsi” ilk oyununu sentyabrın 12-də çempionumuza qarşı keçirəcək. 

0