[b]Baş məşqçi Vaqif Cavadovdan narazı qaldı: Fərdi oyuna üstünlük verir[/b]
30.01.2016 - 19:03
[b]Baş məşqçi Vaqif Cavadovdan narazı qaldı: Fərdi oyuna üstünlük verir[/b]

"Neftçi"ni qələbə münasibətilə təbrik edirəm. Paytaxt təmsilçisi layiqli qələbə qazandı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

 

O, Topaz Premyer Liqasının XIX turunun “Neftçi” ilə səfər oyunundakı 0:1 hesablı məğlubiyyətə şərh verib: “Rəqib oyuna nəzarət etdi və layiq olduğu 3 xalı əldə etdi. Yeni transferimiz Vaqif Cavadovun oyunundan tam razı qalmadım. O, fərdi oyuna çox üstünlük verir. "Sumqayıt" isə komanda oyunu nümayiş etdirir. Ancaq gələcəkdə vəziyyətin düzələcəyinə inanıram”. 

0