[b]“Çelsi” Kostaya əvəzləyici tapdı[/b]
14.05.2016 - 10:20
[b]“Çelsi” Kostaya əvəzləyici tapdı[/b]

“Napoli”nin argentinalı hücumçusu Qonsalo İquain karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun xidmətində “Çelsi” maraqlıdı.

 

“Zadəganlar”ın braziliyalı forvardı Dieqo Kostanın mövsümlərarası fasilədə “Atletiko”ya qayıdacağı gözlənilir. London təmsilçisi İquaini məhz Kostanın yerinə gətirmək niyyətindədi.

 

Lakin bunun üçün “Çelsi” xəsislik etməməlidi. Belə ki, İquainin transfer qiyməti 48 milyon avro olaraq, dəyərləndirilir.

 

Qeyd edək ki, əvvəllər “River Pleyt” və Madrid “Real”ının da formasını geyinmiş İquain 2013-cü ildən “Napoli”nin uğurları üçün çalışır. O, Neapol təmsilçisinin heyətində bu vaxta qədər 148 oyunda 88 qola imza atıb.