[b]“Çelsi”dən Türkiyə klubuna[/b]
26.08.2017 - 10:37
[b]“Çelsi”dən Türkiyə klubuna[/b]

Türkiyənin "Kasımpaşa" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi nigeriyalı müdafiəçi Kennet Omeruonu heyətinə cəlb edib.

 

İngiltərənin "Çelsi" klubunun 23 yaşlı futbolçusu 1 illik icarəyə götürülüb. Omeruo yeni komandasında 4 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, "Kasımpaşa" bu futbolçunu iki mövsüm əvvəl də "Çelsi"dən icarəyə götürmüşdü. İngiltərə klubunun 2011-ci ildə heyətinə qatdığı futbolçu öncə Hollandiya "Den Haaq"ına icarəyə verilib. İngiltərənin digər təmsilçisi "Midlsbro"da da icarədə oynayan müdafiəçini "Kasımpaşa" 2015/16 mövsümündə heyətinə cəlb etmişdi. Nigeriyalı geridə qalan mövsümü də Türkiyənin digər təmsilçisi "Alanyaspor"da keçirib.