[b]“Çelsi”nin futbolçusu: Heyranedici texnikaya malikdi[/b]
07.02.2017 - 17:37
“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante komanda yoldaşı Eden Azarı tərifləyib. Apasport.az saytı xəbər verir ki, London klubunun rəsmi saytına danışan fransalı futbolçu Azar barədə müsbət fikirlər səsləndirib.
O, belçikalının Premyer Liqanın XXIV turunda “Arsenal”a vurduğu qolu möhtəşəm adlandırıb: “Hamımız bilirik ki, Azar heyranedici texnikaya malikdi. O, möhtəşəm qola imza atdı. Bu həm özü, həm də bizim üçün yaxşı oldu”.
Qeyd edək ki, Azarın 53-cü dəqiqədə fərqləndiyi matçda “Çelsi” “Arsenal”ı 3:1 hesablı məğlubiyyətə uğradıb.
0
0