[b]“Çelsi”nin sabiq baş məşqçisi qovuldu[/b]
07.02.2017 - 16:11
Afrika Millətlər Kubokunda yarımfinala qədər irəliləyən Qana millisində baş məşqçi istefası gerçəkləşib. Apasport.az saytının məlumatına görə, tanınmış mütəxəssis Avraam Qrant vəzifəsindən kənarlaşdırılıb.
Buna səbəb Qana yığmasının finala qədər irəliləməməsi olub. Belə ki, komandanın yarımfinalda Kameruna məğlubiyyəti yerli federasiyanın ürəyincə olmayıb və nəticədə Qrant baş məşqçi postundan qovulub.
Qeyd edək ki, Avraam Qrant 2007-08 mövsümündə “Çelsi”ni çalışdırıb.
0
0