[b]“Çempionlar Liqasında “Çelsi” çatışmır”[/b]
06.03.2017 - 16:52
[b]“Çempionlar Liqasında “Çelsi” çatışmır”[/b]

“Çempionlar Liqasında “Çelsi” çatışmır. Halbuki bu cür komanda ÇL-də hər il iştirak etməlidi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Çelsi” klubunun baş məşqçisi Antonio Konte deyib.

 

“The Telegraph” nəşrinə açıqlama verən italiyalı çalışdırıcı maraqlı fikirlər səsləndirib.

 

“Zadəganlar”ın cari mövsümdə ÇL-dən kənarda qalmasına toxunan Konte bu uğursuzluğu bir daha təkrarlamamalı olduqlarını deyib: “Bütün gücümüzdən istifadə etməliyik. Yalnız bu halda Çempionlar Liqasına vəsiqə qazanmaq mümkündü. Növbəti mövsümdə bu turnirdə iştirak bizim üçün çox vacibdi. Azarkeşlər “Çelsi”ni hər il ÇL-də görməlidilər”.

 

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 26 oyuna 63 xal toplayan “Çelsi” turnir cədvəlində illk pillədə qərarlaşıb.