Qlazqo “Reyncers”i “Liverpul”un gənclərdən ibarət komandasının baş məşqçisi Stiven Cerrardın xidmətində maraqlıdı. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp Cerrardın “Reyncers”ə mümkün keçidinə münasibət bildirib:
“Bu barədə heç bir narahatlığım yoxdu. Stivi əfsanədi, əfsanə olaraq da qalacaq. Ürəyi nə istəyirsə, onu da edə bilər. Biz bu barədə danışmamışıq, odu ki, nə qərar verəcəyini bilmirəm”
Cerrardla birgə çalışmaq istədiyini bildirən Klopp Stivinin artıq məşqçi kimi əsas komandalarda işləməyə hazır olduğunu vurğulayıb.
“Stivenlə əla əlaqələrim var. Oyunçu kimi onunla çox çalışmaq istəyərdim, ancaq artıq çox gecdi. Öyrənmək istəyirdi və artıq öyrəndiyini öyrənib. Düşünürəm ki, artıq işləməyə hazırdı. Onun adına məmnun olaram, hətta dəstəkləməyə də hazıram. “Everton” və “Mançester Yunayted”i çalışdırmadığı müddətcə ona kömək etməyə hazırıq” – deyə, Klopp əlavə edib.