[b]“Dalğa Arena”da debüt[/b]
01.07.2017 - 14:50
[b]“Dalğa Arena”da debüt[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “İnter” – “Mladost” (Serbiya) qarşılaşması debütlə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, iyulun 6-da baş tutacaq görüşü idarə edəcək ukraynalı hakim Nikolay Balakin avrokuboklarda ilk matçına çıxacaq.

 

28 yaşlı hakim həm də karyerasında ilk beynəlxalq matçda fit çalacaq. Belə ki, Balakin yalnız bu ilin əvvəlindən FİFA statusu daşımağa başlayıb.

 

Arxada qalan 6 ayda debüt şansı olmayan referi “Dalğa Arena”da “siftə”sini gerçəkləşdirəcək.