Bakıda keçirilən 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatında iki qrupun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, artıq ilk 1/4 finalçı cütlüklər də müəyyənləşib.
Azərbaycan yığmasının da yer aldığı A qrupunu lider kimi tamamlayan Portuqaliya millisi növbəti mərhələdə B qrupunun ikincisi Avstriyanı sınağa çəkəcək. Komandamızın bərabərə qaldığı Belçika seçməsi isə ikinci yeri tutduğundan, digər qrupun birincisi olmuş Almaniya ilə üz-üzə gələcək.
Mayın 14-də baş tutacaq hər iki qarşılaşma “Dalğa Arena”da oynanılacaq. Belə ki, əvvəlcə saat 15:00-da Portuqaliya – Avstriya matçı keçiriləcək. Saat 20:00-da isə Almaniya ilə Belçika digər yarımfinalçını müəyyənləşdirməyə çalışacaqlar.
Qeyd edək ki, C və D qrupuna bu gün keçiriləcək oyunlarla yekun vurulacaq və digər 1/4 finalçılar da bəlli olacaq.
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq