[b]“Deməyə söz tapmıram” – Vəli Qasımov[/b]
03.04.2016 - 19:30
[b]“Deməyə söz tapmıram” – Vəli Qasımov[/b]

“Deməyə söz tapmıram. Bütün oyunu rəqibin meydanında keçirməyimizə baxmayaraq, fərqlənə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Vəli Qasımov deyib.

 

Topaz Premyer Liqasının XXVIII turunda səfərdə “Rəvan”a məğlub olan “ağ-qaralar”ın çalışdırıcısı oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.


- Demək olar ki, "Neftçi" bu gün futbol oynamadı. Anyeteni dəyişib, Ruslanı meydana buraxdınız. Olmazdı ki, hər iki hücumçuya eyni anda şans verəydiniz?

- Nəticə pis olsa da, ikinci hissəni bütövlüklə rəqib meydanında keçirdik. O ki qaldı, əvəzləməyə, Anyete yorğun idi deyə dəyişdim.


- Özünüz hücumçu olmusunuz. Sizcə, son zərbəni vurmağa nə çatmadı?
- Məncə son zərbədən daha çox, təhlükəli ötürmələr çatmırdı.


- Vaylonu "Neftçi"yə kim gətirib? Sizcə, ölkədə bu səviyyədə qapıçı yetərincə deyil?
- Kimin gətirdiyini bilmirəm. "Neftçi"nin bütün oyunçuları yaxşıdı, ancaq bəziləri özünü doğrultmur. Özümüz də qapıçı yetişdiririk. Ola bilsin gənc qapıçımız Kamran İbrahimova şans verək.


- AZAL bu gün qalib gəldi. Bununla avrokubok şanslarınız bir xeyli azaldı...
- Əsas rəqibimiz qalib gəldi. Biz əsas diqqəti ölkə kubokuna yönəltmişik.

 

Mənbə: futbolinfo.az

0