[b]“Differdanj”ın prezidenti klubun büdcəsini açıqladı[/b]
28.06.2017 - 21:18
Avropa Liqasının I təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq “Differdanj”ın prezidenti Fabrizio Bey apasport.az saytına açıqlama verib. Klub rəsmisi Bakıya gəlməklərindəki məqsədlərindən danışıb.
“Məqsədimiz qələbə qazanmaq və Bakının gözəlliklərindən həzz almaqdı” – deyə Bey bildirib.
Lüksemburqlu klub rəhbəri komandasının büdcəsini də açıqlayaraq 1,3 milyon avro olduğunu deyib.
Qeyd edək ki, “Zirə” – “Differdanj” matçı sabah saat 21:00-da başlayacaq.
0
0