[b]“Dinamo”lardan növbəti çempionluq![/b]
25.04.2016 - 10:21
[b]“Dinamo”lardan növbəti çempionluq![/b]

Avropanın bir neçə ölkəsində çempionların adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Ukrayna və Gürcüstanda mövsüm başa çatmadan qalibin kimliyi müəyyənləşib.

 

Kiyev “Dinamo”su “Vorskla”nı 1:0 hesabı ilə məğlub edərək, tarixində 15-ci dəfə ölkə çempionu olub. Sona 3 tur qalmış “Şaxtyor”u 7 xal qabaqlayan paytaxt təmsilçisi Zaporojye “Metallurq”u ilə oyunu qaldığı üçün həmin matçda texniki qələbə əldə edəcək.

 

Tiflis “Dinamo”su isə “Kolxeti” üzərində 3:1 hesablı qələbə ilə qızıl medalları təmin edib. Sona 4 tur qalmış “Samtredia”dan 13 xal uzaqlaşan paytaxt klubu 16-cı dəfə ölkəsinin ən yaxşısı olub.

 

Qeyd edək ki, Tiflis təmsilçisi Azərbaycan çempionu kimi Çempionlar Liqasında II təsnifat mərhələsindən başlayacaq. Kiyevlilər isə qitənin ən nüfuzlu klub turnirinin qrupunda oynayacaq.