FİFA prezidenti Canni İnfantinonun dünya çempionatındakı komandaların sayının 40-a çatdırmaqla bağlı ideyası birmənalı qarşılanmır. Apasport.az saytının məlumatına görə, onun bu təklifi bəzi futbol mütəxəssislərinin ürəyincə deyil.
Bu ideyaya qarşı çıxanlardan biri də FİFA-nın sabiq prezidenti Jozef Blatterdi. Blatter xələfinə ironiya ilə maraqlı təklif də verib: “Dünya çempionatını niyə 128 komandanın iştirakı ilə keçirmirlər? Əgər siz federasiyalara daha çox vəd versəniz, onların da xahişi artacaq. Məncə, 32 komandadan ibarət hazırkı format ən yaxşı olduğunu sübut edib”.
Qeyd edək ki, Jozef Blatter 1998-ci ildən bu ilə qədər FİFA-ya rəhbərlik edib.