[b]“Duysburq” yığmamızın üzvünə təklif göndərdi[/b]
01.09.2015 - 14:09
[b]“Duysburq” yığmamızın üzvünə təklif göndərdi[/b]

“Karlsrue”nin formasını geyinən Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın digər klubundan təklif alıb. Apasport.az saytı xəbər verir ki, II Bundesliqada çıxış edən “Duysburq” 25 yaşlı futbolçu ilə yaxından maraqlanır.

 

Klub rəhbərliyi Nazarova görə qarşı tərəfə rəsmi təkliflə müraciət edib. Ancaq “Duysburq”un təklif etdiyi transfer məbləği “Karlsrue” rəhbərliyini qane etməyib.

 

Bu səbəbdən “Karlsrue” həmin təklifi rədd edib. Onlar təcrübəli futbolçunu ucuz qiymətə satmaq istəmədiklərini bildiriblər.

 

Qeyd edək ki, II Bundesliqanın cari mövsümündə 5 oyun keçirən “Karlsrue” turnir cərvəlinin 12-ci, “Duysburq” isə 17-ci pilləsində qərarlaşıb.