[b]“El Klasiko”nun saatı açıqlandı[/b]
01.11.2016 - 13:16
Bütün dünyanın maraqla gözlədiyi “Barselona” – “Real” matçının başlama vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dekabrın 3-də XIV tur çərçivəsində “Nou Kamp” stadionunda baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 19:15-də veriləcək.
Qeyd edək ki, La Liqada 10 turdan sonra “Real” 24 xalla birinci, “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.
0
0