“Qarabağ”ın maraq dairəsində olan Karlos Embalo Azərbaycana köçmək niyyətində deyil. Apasport.az saytı xəbər verir ki, bu barədə İtaliyanın “II Giornale di Sicilia” nəşri məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Palermo”nun qvineya-bisaulu hücumçusu komandasını tərk etməyə müsbət yanaşmır: “Embalo “Qarabağ” kimi avrokubok iştirakçısı olan komandaların maraq dairəsində olmaqdan məmnundu. Lakin o, “Palermo”da qalmaq istəyir. Yeni baş məşqçi Bruno Tedinonun rəhbərliyi altında daha yaxşı çıxış edəcəyinə inanır. Azərbaycana getməkdə həvəsli deyil. “Palermo”da qalmasa belə, B seriyasının digər komandalarından birində oynamağı Azərbaycana yollanmaq fikrindən üstün tutacaq. Dünən gecə futbolçunun meneceri klub rəhbərliyi ilə bu barədə görüş keçirib”.
Qeyd edək ki, ötən mövsüm İtaliya A seriyasında 12 matçda iştirak edən və 620 dəqiqə meydanda qalan Karlos Embalo 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun 19-cu yeri tutaraq B seriyasına yuvarlanan “Palermo” klubu ilə müqavilə müddəti 2020-ci ilə qədərdi.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi