[b]“Ən yaxşılar Qəbələdədi” – Toni Adams[/b]
27.04.2015 - 16:14
[b]“Ən yaxşılar Qəbələdədi” – Toni Adams[/b]

“Qəbələ”də olduğum 5 il müddətində Arsen Vengeri saymasaq, İngiltərənin 4 böyük klubunun hamısında çalışan baş məşqçilər postunu tərk edib. Bir sözlə, hələ böyük komandada çalışmağa tələsmək zərurəti yoxdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin futbol direktoru Toni Adams deyib.

 

İngiltərə millisinin və “Arsenal”ın əfsanəsi uzun illər kapitanı olduğu kluba baş məşqçi kimi qayıtmaq perspektivinə aydınlıq gətirib.

 

Bu addımı atmağa tələsmədiyini qeyd edən Adams ölkəmizdəki fəaliyyətindən də danışıb: “Mənim Azərbaycan klubu ilə 3 illik müqaviləm var. Həmin vaxta qədər işlərimi yekunlaşdıra bilərəm. Bu ilin yanvarında əsas komanda ilə birlikdə Türkiyə toplanışında iştirak etdim. Yeni baş məşqçimizlə heyəti təhlil edib, yeni transferləri nəzərdən keçirdim. Sonrakı aylarda akademiyamızın direktoru Stenli Brardla birlikdə aşağı yaş qruplarından olan komandaları izlədim. Bu ay futbolçu kəşfiyyatına çıxacağam. Mayda isə əsas komandamızın mövsümü başa vurub, heyətin Avropa miqyaslı turnir üçün yeni oyunçularla güclənməsini izləyəcəm”.

 

Adams ölkəmizdə və “Qəbələ”də izlədiyi dəyişikliklərə də toxunub: “Azərbaycanda olduğum müddətdə bır sıra gözəl dəyişikliklərin şahidi oldum. Bütün komandalar – “Qarabağ”, “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran”, “İnter” özünün yüksək səviyyəli akademiyalarına malikdi. Bu gün akademiyanın ən yaxşısı “Qəbələ”dədi. Ən yaxşı akademiya ilə yanaşı, ən yaxşı akademiya direktoru da bizdədi. Bütün istiqamətlərdə inkişaf edirik. Avropa Liqasının təsnifat mərhələsində də çıxış etdik. Bu da real irəliləyişi göstərir”.

 

Qeyd edək ki, Adams müxtəlif vəzifələrdə çalışdığı “Qəbələ”yə 2010-cu ildə gəlib.