Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin “Trabzonspor”dakı taleyinə aydınlıq gəlməyib. Apasport.az saytı xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qonşu ölkə KİV-i gənc oyunçunun ikinci dövrəni də “bordo-mavililər”in heyətində keçirə biləcəyini istisna etməyib. “Trabzonspor”a yaxın saytlarda yazılan xəbərdə Şeydayevin adının “Neftçi” ilə birgə hallanması xüsusi vurğulanıb: “Ramilin adı “Neftçi” ilə birgə hallanır. Ancaq “Trabzonspor” tərəfindən onun “Neftçi”yə və ya başqa bir kluba verilə biləcəyi açıqlanmayıb. Düzdü, qış fasiləsində hücumçunun icarəyə verilməsi istisna deyil. Lakin baş məşqçi Ərsun Yanal bununla bağlı hələ qərar verməyib”.
Qeyd edək ki, Ramil Şeydayev “Trabzonspor”a bu yay “Zenit”dən keçib.