“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Avropa Liqasının finalında “Ayaks” üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı çalışdırıcı əsas hədəflərinə çatdıqlarını bildirib.
“Çox ağır bir mövsümü geridə qoyduq. Çempionlar Liqasında iştirak etmək əsas hədəfimiz idi, biz də Premyer Liqada 3 və ya 4-cü yerləri tutmaqdansa, bu yolla hədəfimizə çatmağı seçdik. Bunu bacardıq və üstəlik vacib bir titul da qazandıq”.
Mourinyo bir sıra həmkarlarına söz atmağı da unutmayıb: “İndi “Mançester Yunayted” dünyanın bütün titullarına sahibdir. Lap əvvəldən bunun üçün mübarizə aparırdıq. İndi özümüzdən çox razıyıq. Futbolda çoxlu şairlər var, ancaq bu şairlərin titul qazandığını hələ heç kim görməyib”.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA