[b]“Eşitmisinizsə, doğrudu”[/b]
25.07.2017 - 16:02
[b]“Eşitmisinizsə, doğrudu”[/b]

Türkiyə yığmasının yarımmüdafiəçisi Əmrə Mor yeni macəraya yelkən açıb. Apasport.az saytı xəbər verir ki, gənc futbolçu bu dəfə yaşıl meydanlarda yox, ondan kənardakı həyatı ilə gündəmdədi.

 

Belə ki, 20 yaşlı oyunçunun adı türkiyəli model Cansu Taşkınla birgə hallanır. Kriştianu Ronaldo ilə sosial şəbəkədə yazışması ilə məşhurlaşan Taşkına bu dəfə Əmrə göz qoyub. 25 yaşlı model Dortmund “Borussiya”sının üzvünün ona yaxınlıq etməsi ilə bağlı sualı təsdiqləyib: “Eşitmisinizsə, doğrudu. Əlavə bir şey deməyim”.

 

Türkiyədə seriala da çəkilən aktrisa Ronaldo ilə artıq yazışmadığını əlavə edib: “Ronaldo ilə əlaqə saxlamıram. Onsuz da, onun həyatında bir qadın var. Məni bir dəfə Madridə, bir dəfə də Londona dəvət etmişdi, ancaq getməmişdim. Çünki bir gələcəyi yoxdu. Bir dəfə görüşəcəyim şəxslə münasibət qurmaram. Müntəzəm əlaqəm olsaydı, gedərdim”.

 

Qeyd edək ki, 2015-ci ildə “Miss Model Of The World” yarışında Türkiyəni təmsil edən Cansu Taşkın instaqramın fenomenlərindəndi.