[b]“Fənərbağça”ya sürpriz təklif[/b]
11.11.2017 - 14:48
[b]“Fənərbağça”ya sürpriz təklif[/b]

“Fənərbaxça”da əsas heyətə düşməkdə çətinlik çəkən Roberto Soldado tezliklə vətəninə qayıda bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, ispaniyalı forvard aşağı liqa təmsilçisi “Osasuna”nın maraq dairəsinə düşüb.

 

Bu mövsüm La Liqaya vəsiqə qazanmağı qarşısına məqsəd qoyan “Osasuna” 32 yaşlı forvardla bağlı türklərlə danışıqlara başlayıb. İspanlar onu qış fasiləsində 6 aylıq müddətinə icarəyə götürmək niyyətindədilər. “Osasuna” elitaya vəsiqə qazanarsa, klub yayda Soldadonu 4 milyon avroya birdəfəlik transfer edəcək. “Fənərbaxça” rəhbərliyi bu təklifə hələlik bir cavab verməyib.

 

Qeyd edək ki, yayda “Vilyarreal”ı “Fənərbaxça”ya dəyişən Roberto Soldado “Real”da çıxış edərkən 2006-07 mövsümünü icarə əsasında “Osasuna”da keçirib.

0