[b]“Fənərbaxça” “Kayserispor”dan intiqamını aldı[/b]
03.03.2017 - 00:33
[b]“Fənərbaxça” “Kayserispor”dan intiqamını aldı[/b]

Türkiyə kubokunun 1/4 final mərhələsinin daha bir oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” səfərdə “Kayserispor”la qarşılaşıb.

 

Fernandaonun dublu, Erkan Kaşın avtoqoluyla 3:0 hesabıyla qalib gələn “bülbüllər” cavab oyunu öncəsi vacib üstünlük əldə edib.

 

Bu komandalar arasında cavab oyunu aprelin 5-də keçiriləcək.

 

Qeyd edək ki, Sərgən Yalçının baş məşqçi postuna gətirilməsindən sonra bu iki komanda arasında Super Liqa çərçivəsində baş tutmuş oyun 4:1 hesabı ilə kayserililərin xeyrinə başa çatmışdı.

 

Türkiyə kuboku

1/4 final, ilk oyun

2 mart

 

“Kayserispor” – “Fənərbaxça” – 0:3

Qollar: Fernandao, 45+1; 71. Erkan Kaş, 76 (öz qapısına)