[b]“Fənərbaxça”da prezident postuna yeni namizəd[/b]
03.06.2017 - 16:59
[b]“Fənərbaxça”da prezident postuna yeni namizəd[/b]

Türkiyəli milyarder Ali Koç “Fənərbaxça”nın preziden olmaq üçün namizədliyini verəcək. Apasport.az saytının məlumatına görə, bunu klubun maliyyə toplantısında biznesmenin özü açıqlayıb.

 

O bildirib ki, 2018-ci ildə baş tutacaq seçkilərində namizədliyini irəli sürəcək: “Demişdim ki, zaman gəldiyi vaxt əlimi daşın altına qoyacağam. Bunu bu gün də söyləyirəm. “Fənərbaxça”nın prezidenti olmaq istəyirəm. Bunun üçün hazır olduğumu da deməliyəm”.

 

Koçun bu sözləri alqışlarla qarşılanıb. Həmin vaxt isə klubun hazırkı prezidenti Aziz Yıldırım salonda olmayıb.