Nizam-intizamı pozduğuna görə baş məşqçi Dik Advokat tərəfindən heyətdən kənarlaşdırılan Emmanuel Emenike “Fənərbaxça”dan ayrıla bilər. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, nigeriyalı hücumçu transfer danışığına başlamaq üçün Rusiyaya gedəcək.
Futbolçunun meneceri Erdem Konyar bildirib ki, Emenikenin sabiq komandası “Spartak”a qayıtmaq variantı var. Bu səbəbdən təcrübəli forvard sabah Moskvaya yollanacaq.
Məlumatda bildirilir ki, “sarı-lacivərtlilər” də Emenikenin ayrılmasına qarşı deyillər.
Qeyd edək ki, Emenike 2011-2013-cü illərdə “Spartak”ın formasını geyinib.