[b]“Fənərbaxça”dan növbəti transfer[/b]
16.06.2017 - 10:53
[b]“Fənərbaxça”dan növbəti transfer[/b]

“Fənərbaxça” daha bir transferini rəsmiləşdirib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-lacivərtlilər” Matyu Valbuena və Mehmet Ekicinin ardınca Nabil Dirarla da anlaşıblar.

 

Mərakeşli yarımmüdafiəçinin razılığını çoxdan alan İstanbul təmsilçisi “Monako” rəhbərliyi ilə də ortaq məxrəcə gələ bilib. 2012-ci ildən knyazlıq klubunda çıxış edən Dirar bu gün İstanbula gedərək, yeni klubu ilə rəsmi müqaviləyə qol çəkəcək. Məlumatı 31 yaşlı futbolçunun agenti, həmçinin “Fənərbaxça” tərəfi rəsmən təsdiqləyib.

 

Karyerası ərzində “Vesterlo” və “Brügge” klublarının da formasını geyinmiş Nabil Dirar 2008-ci ildən Mərakeş yığmasına çağırılır. O, millidə iştirak etdiyi 25 oyunda 2 qola imza atıb.