[b]“Fənərbaxça”nın təklifini qəbul etmədi, karyerasını bitirdi[/b]
09.06.2016 - 17:45
[b]“Fənərbaxça”nın təklifini qəbul etmədi, karyerasını bitirdi[/b]

Danimarka yığmasının və “Liverpul”un sabiq futbolçusu Daniel Agger karyerasını bitirib. Apasport.az saytı xəbər verir ki, son klubu “Brondbü” olan müdafiəçi 32 yaşını tamamlamış butslarını mismardan asmaq qərarına gəlib.

 

Bu barədə məlumatı Aggerin özü sosial şəbəkədə yayıb: “Mənə dəstək olan hər kəsə minnətdaram. Futbolçu karyeramı bitirmək çox kədərlidi, amma ən düzgün qərardı. Öz karyeramla fəxr edirəm”.

 

Maraqlıdı ki, Aggerin adı son vaxtlar Türkiyənin “Fənərbaxça” klubu ilə birgə hallanırdı. Lakin təcrübəli müdafiəçi “sari-lacivərtlilər”in təklifini qəbul etməyərək, karyerasını başa vurmağı üstün tutub.

 

Qeyd edək ki, Danimarka yığmasında 75 oyunda 12 qola imza atan Agger 2006-2014-cü illərdə “Liverpul”un formasını geyinib.