[b]“Fənərbaxça”nın yeni baş məşqçisi bəlli oldu[/b]
03.06.2017 - 21:45
[b]“Fənərbaxça”nın yeni baş məşqçisi bəlli oldu[/b]

“Fənərbaxça”nın yeni baş məşqçisi bəlli olub. Apasport.az saytının məlumatına görə, İstanbul klubuna yenidən Aykut Kocaman rəhbərlik edəcək.

 

Bu barədə çalışdırıcı özü açıqlama verib. Hazırda “Konyaspor”da işləyən və komandaya Türkiyə kubokunu qazandıran Kocaman Superliqanın son turunda “Qalatasaray”la oyundan sonra (2:1) bildirib ki, keçid yaxın günlərdə rəsmən açıqlanacaq.

 

Bu mövsüm “Fənərbaxça”nın “sükanı arxasında olan” hollandiyalı Dik Advokat isə ölkəsinin milli komandasında işləyəcək.

 

Qeyd edək ki, futbolçu karyerasının böyük bölümündə “Fənərbaxça”da oynamış Kocaman 2010-2013-cü illərdə komandanın baş məşqçisi olub, istanbullulara iki dəfə Türkiyə kubokunu qazandırıb.