“Qəbələ”nin legioneri Filip Ozobiç Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Neftçi"yə 3:1 hesabıyla qalib gəldikləri cava b oyunundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Oyundan sonra İqnasio Herrera ilə aranda anlaşmazlıq oldu. Nə baş verdi?
- Elə ciddi şey olmadı. Sadəcə oyunun gərginliyi buna gətirib çıxartdı.
- Siz ispanca bilirsiniz?
- Yox, bilmirəm.
- Onda İqnasioya necə cavab verdin?
- Xorvatca. Bilirəm ki, futbolda belə gərginliklər olur.
- Ümumiyyətlə, hadisə necə oldu?
- Yəqin yonlar elə düşündülər ki, simulyasiya edirdim. Ancaq belə deyildi, ayağımdan zərbə almışdım.
- Hamı düşünürdü ki, “Neftçi” daha şanslıdı...
- Bizdə bəzi çətinliklər var. Amma yekunda topralana bildik.
- “Neftçi” qol vurandan sonra nə hiss etdiz?
- Bilirdik ki, istənilən halda, turu keçmək üçün 2 qol vurmalıyıq. Finala çıxmaq istəyirdiksə, bunu reallaşdırmalı idik.
- Final Qəbələdə keçirilməsinə münasibətin necədi?
- Sevinirik ki, finalı doğma meydanda oynayacağıq.
- "Qəbələ"ylə müqavilən cari mövsümün sonunda bitir. Fikriniz nədi?
- İndi bu haqda nəsə deyə bilmərəm.