[b]“Molodoy" Ayxan[/b]
06.07.2017 - 23:27
[b]“Molodoy" Ayxan[/b]

Ayxan Abbasov avrokuboklarda mərhələ adlayan ən gənc məşqçimiz olub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburq “Differdanj”ını keçən “Zirə”nin çalışdırıcısı 36 yaşında tur adlayıb.

 

Bunu debüt mövsümündə bacaran gənc məşqçi Azərbaycan klubları ilə mərhələ keçən 16-cı çalışdırıcı kimi tarixə düşüb. Əvvəlki 15 məşqçidən heç biri 36 yaşında buna sevinməyib.

 

Serbiya “Mladost”unu keçən (3:0, 2:0) “İnter”in çalışdırıcısı Zaur Svanadze isə 3-cü uğuruna sevinib. O, iki il əvvəl elə indiki komandası ilə ilk 2 mərhələni arxada qoymuşdu.