[b]“Hakimləri qəfəsdəki şir kimi qoruyurlar”[/b]
19.12.2016 - 01:14
[b]“Hakimləri qəfəsdəki şir kimi qoruyurlar”[/b]

İngiltərə Premyer Liqasının XVII turunda “Mançester Siti” ilə qarşılaşmış “Arsenal” 1:2 hesablı məğlubiyyətə üzülüb. Apasport.az saytının məlumatına görə, “topçular”ın baş məşqçisi Arsen Venger məğlubiyyətdə hakimləri günahlandırıb.

 

Fransız mütəxəssis qapılarına vurulan hər iki qolda hakim xətasının olduğunu vurğulayıb: “Fiziki olaraq ikinci hissədə aşağı səviyyədə çıxış etdik. İlk hissədə isə çox sürətli və kəskin hücumlar qururduq. Ancaq hakimlərin qərarları bizim əleyhimizə işlədi. Buraxdığımız hər iki qol ofsayd idi. Həmişə səhv qərarlar bizim əleyhimizə verilir, yetər artıq! Bütün mövsüm boyu bu cür hakim qərarları ilə üzləşirik”.

 

Venger ədalət təmsilçilərinin həddindən artıq qorunduğunu da qeyd edib: “Hamı bilir ki, hakimlər yaxşı müdafiə olunular. Onları hətta qəfəsdəki şir kimi qoruyurlar. Ona görə də, biz ancaq verilən qərarları qəbul etməli və önümüzə baxmalıyıq”.