“Rəşad Sadiqovla yollarımızı birdəfəlik ayırmışıq. Bununla bağlı onun özü ilə söhbətim oldu”. Bu barədə açıqlamanı apasport.az saytına “Zirə”nin baş məşqçisi Ayxan Abbasov verib.
Paytaxt təmsilçisi yayda “Qəbələ”dən transfer etdiyi Rəşad Sadiqovu intizamsız davranışına görə komandadan uzaqlaşdırıb. Abbasov buna səbəb kimi, onun klubun şərtlərini pozmasını göstərib.
O bildirib ki, 34 yaşlı orta sahə oyunçusu bundan sonra “Zirə”də çıxış etməyəcək: “Rəşadı intizamsızlığa görə komandadan uzaqlaşdırdım. Bunun təfərrüatı barədə danışmaq istəmirəm, klubdaxili məsələdi. Sadəcə, Rəşad həm mənə, həm də komanda yoldaşlarına qarşı intizamsızlıq etdi. Onun özü ilə oturub söhbət etdik. Qərara aldıq ki, yollarımızı ayıraq. Bu barədə rəhbərliyə də öz fikirlərimi bildirmişəm. Bundan sonra Rəşadla mən bir komandada ola bilmərik. Yəni artıq onun xidmətinə ehtiyacım yoxdu. Yəqin ki, müqavilənin ləğvi məsələsini də futbolçu ilə rəhbərlik öz aralarında həll edərlər”.
Qeyd edək ki, Rəşad Sadiqov bu mövsüm Avropa Liqasında “Zirə”nin heyətində 4 oyun keçirib, 1 qola imza atıb.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi