Ukrayna futbolunun hazırkı durumu ilə bağlı maraqlı müzakirələr aparılıb. Apasport.az saytının məlumatına görə, Çin klublarının transfer siyasətlərinə toxunan yerli azarkeşlər Azərbaycan futbolu ilə bağlı da fikir bildiriblər.
Konkret olaraq, Ukraynanın footboom.com saytında “Hebey Çayna Fortun”un 20 milyon avro müqabilində “Beijin Qoan”dan Can Çendunu transfer etməsi ilə bağlı yazılan məqalənın aşağısına rəy bildirən fanatlardan biri ukraynalıları çinlilərlə müqayisə edib. Həmin şəxs fikir bildirərkən Azərbaycanın da adını vurğulayıb: “5 il əvvəlki Ukrayna Premyer Liqasını xatırladım. Həmin vaxt yüksək səviyyəli ukraynalı futbolçular 10 milyon avroluq maaşdan başlayırdılar. Amma indi həmin “krutoy”lar Azərbaycan və Qazaxıstanda belə, özlərinə klub tapa bilmirlər”.
Qeyd edək ki, Ezekyel Lavezzi, Qael Kakuta və Jervinyo kimi ulduz futbolçular hazırda “Hebey Çayna Fortun”un formasını geyinirlər.