“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Höteborq” yeni transfer həyata keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, İsveç təmsilçisi hücum xəttini gücləndirib.
Belə ki, “Valerenqa” klubunun gənc forvardı Elias Mar Omarsson qarşıdakı mövsümü “Höteborq”da keçirəcək. İsveçlilər İslandiya millisinin üzvünü birillik icarəyə götürüblər. 21 yaşlı futbolçu Avropa Liqasında yeni komandasına kömək etmək istədiyini bildirib: “Bilirəm ki, daim titul uğrunda mübarizə aparan bir kluba keçmişəm. Bundan əlavə, komanda Avropa Liqasında da mübarizəni davam etdirir. “Höteborq”un Avroliqada qrupa düşməsi üçün əlimdən gələni edəcəm”.
Ötən ildən İslandiya yığmasına dəvət alan Elias Mar Omarsson “Valerenqa”ya keçən yay “Keflavik”dən keçib.
Qeyd edək ki, “Qarabağ” “Höteborq”la ilk oyununu avqustun 18-də səfərdə keçirəcək.