[b]“İki komanda arasında səviyyə fərqi böyükdü” – yığmamızın baş məşqçisi[/b]
26.10.2016 - 09:04
[b]“İki komanda arasında səviyyə fərqi böyükdü” – yığmamızın baş məşqçisi[/b]

“Rəqibi yaxşı təhlil etmişdik. Birinci hissədə İngiltərə yığması aşkar üstün futbol oynadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd deyib.

 

O, Avropa çempionatının ilkin seçmə mərhələsində keçirilmiş İngiltərə - Azərbaycan oyunundan sonra yığmamızın 0:2 hesablı məğlubiyyətinə şərh verib: “Fasilədən sonra oyunun müəyyən hissəsində təzyiqi artırdıq. İkinci hissədə layiqincə mübarizə apardıq. Məğlub olsaq da, komandamdan razıyam. İki komanda arasında səviyyə fərqi böyükdü. İngiltərə yığması bizdən 2-3 qat güclü komandadı”.

0