“Oyuna yaxşı hazırlaşmaq üçün elə də çox vaxtımız olmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın U-21 milli komandasının baş məşqçisi Yaşar Vahabzadə deyib.
Türkiyədə təlim-məşq toplanışında olan millilərimiz “Antalya Cup” çərçivəsində ilk oyununda ukraynalı həmyaşıdlarını məğlub edib.
Matçdan sonra millinin çalışdırıcısı oyunu dəyərləndirib: “İlk dəfə Ruslan Nəsirli və Kamal Mirzəyevə şans verdik. Təbii ki, ilk oyunun gərginliyi hiss olunurdu. Bəzi futbolçularda yorğunluq olsa da, komandanın oyunundan razı qaldım. Ukrayna cəld və topla oynamağı sevən komandadır. Belə bir rəqibə qarşı nümayiş etdirdiyimiz futbol məni qane etdi. İlk hissədə oyunumuz istədiyimiz kimi alınmasa da, fasilədən sonra futbolçular toparlandılar”.