[b]“İnter” - “Neftçi” oyununun vaxtı açıqlandı[/b]
06.02.2017 - 11:27
[b]“İnter” - “Neftçi” oyununun vaxtı açıqlandı[/b]

Premyer Liqada XVII turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu həftə keçiriləcək turun qarşılaşmaları iki gün ərzində baş tutacaq.

 

Turun “İnter” və “Neftçi” arasında mərkəzi oyunu fevralın 9-da saat 17:30-da start götürəcək. Ötən mövsümün mükafatçıları “Qarabağ”la “Zirə” 1 gün öncə eyni saatda üz-üzə gələcək.

 

Turun bütün oyunları “CBC Sport” kanalı  ilə canlı yayımlanacaq. 

Azərbaycan Premyer Liqası

XVII tur

8 fevral (çərşənbə)

15:00. “Qəbələ” – AZAL
Qəbələ şəhər stadionu

17:30. “Qarabağ” – “Zirə”
“Azərsun Arena”

9 fevral (cümə axşamı)

15:00. “Sumqayıt” – “Kəpəz”
Sumqayıt. Şəhər stadionu


17:30. “İnter” – “Neftçi”
“İnter Arena”