[b]“İnter” - “Qarabağ” matçı Ömər Paşayevə tapşırıldı[/b]
25.02.2016 - 18:59
[b]“İnter” - “Qarabağ” matçı Ömər Paşayevə tapşırıldı[/b]

Topaz Premyer Liqasının XXIII turunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “İnter”lə “Qarabağ” arasında keçiriləcək mərkəzi oyun Ömər Paşayevə həvalə edilib.

 

“Zirə” – “Neftçi” matçında isə ədaləti daha təcrübəli Fariz Yusifov qoruyacaq.

27 fevral (şənbə)

14:00. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Kamran Bayramov,  Mahir Məmmədov
Gəncə şəhər stadionu

15:00. “Zirə” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Əhmədov
Zirə İdman Kompleksinin stadionu

15:00. AZAL – “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, Xəlil Xəlilov
AZAL Arena

17:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, İsgəndər Əliyev, Elvin Əsgərov
Qəbələ şəhər stadionu

18:00. “İnter” – “Qarabağ”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev
“İnter Arena”

Mənbə: pfl.az