[b]“İnter” – “Fola” görüşünün başlama saatı müəyyənləşdi[/b]
07.07.2017 - 12:55
[b]“İnter” – “Fola” görüşünün başlama saatı müəyyənləşdi[/b]

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “İnter” – “Fola” görüşünün başlama vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bakılıların Lüksemburq təmsilçisi ilə dueli iyulun 12-də reallaşacaq.

 

Rəqibini “Dalğa Arena”da qəbul edəcək “İnter”in lüksemburqlularla qarşılaşmasının start fiti saat 20:00-da səslənəcək. Bu komandalar arasındakı cavab matçı isə iyulun 20-də səfərdə baş tutacaq.

 

Qeyd edək ki, iyulun 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Yagelloniya” oyunu saat 21:00-da başalayacaq.