[b]“İnter” – “Fola” matçının hakimləri açıqlandı[/b]
10.07.2017 - 09:17
[b]“İnter” – “Fola” matçının hakimləri açıqlandı[/b]

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “İnter” – “Fola” matçının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA ilk qarşılaşmanı israilli hakimlər briqadasına həvalə edib.

 

Belə ki, iyulun 12-də “Dalğa Arena”da baş tutacaq görüşdə Eytan Şmuelevits ədalət təmsilçisi rolunu oynayacaq. Ona Nissan Davidu və Saqi Mazamber köməklik edəcəklər. Oyunun ehtiyat hakimi funksiyasını Daniel Bar Natan yerinə yetirəcək.

 

Qeyd edək ki, “İnter” – “Fola” görüşü saat 20:00-da start götürəcək.