Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “İnter” – “Mladost” matçının biletləri satışa çıxarılıb. Apasport.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, biletlərin qiymətləri də açıqlanıb.
Paytaxt təmsilçisi biletləri “İnter Arena” və “Dalğa Arena” stadionlarının təhlükəsizlik yoxlanışı məntəqələrindən almaq mümkün olduğunu vurğulayıb. Azarkeşlər hər gün saat 09:00-dan 18:00-dək adları çəkilən ünvanlara müraciət edə bilərlər. Bütün tribunalar üçün biletlərin qiyməti isə eynidi – 2 manat.
Qeyd edək ki, “İnter” – “Mladost” görüşü iyulun 6-da “Dalğa Arena”da keçiriləcək. Bu komandalar arasında Serbiyada baş tutan ilk qarşılaşmada təmsilçimiz 3:0 hesablı qələbəyə sevinib.