[b]“İnter” – “Mladost” oyunu canlı yayımda[/b]
04.07.2017 - 12:00
Azərbaycanı UEFA Avropa Liqasının I təsnifat mərhələsində təmsil edən “İnter”in Serbiyanın “Mladost” klubu ilə ev oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, iyulun 6-da keçiriləcək qarşılaşma “CBC Sport” kanalı vasitəsilə azarkeşlərə nümayiş olunacaq.
Bu barədə kanalın rəsmi saytı məlumat yayıb. Görüş saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin “İnter”lə “Mladost” arasında ilk oyununda paytaxt təmsilçisi 3:0 hesabı ilə qalib gəlmişdi.
0
0