[b]“İnter” – “Mladost” oyununda ukraynalı hakimlər[/b]
01.07.2017 - 12:44
[b]“İnter” – “Mladost” oyununda ukraynalı hakimlər[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "İnter" - "Mladost" qarşılaşmasının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakıda keçiriləcək görüşü ukraynalı hakimlər idarə edəcək.

 

İyulun 6-da baş tutacaq matçın baş hakimi Nikolay Balakin olacaq. Ona həmyerliləri - Vladimir Volodin və Aleksandr Korniyko köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Anatoli Jabçenko yerinə yetirəcək.


Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "İnter" - "Mladost" oyunu saat 21:00-da başlayacaq.