[b]“İnter” – “Qəbələ” matçının meydan sahibi dəyişdirildi[/b]
09.08.2016 - 17:16
[b]“İnter” – “Qəbələ” matçının  meydan sahibi dəyişdirildi[/b]

Topaz Premyer Liqasının II turunun “İnter” – “Qəbələ” oyununun yeri dəyişdirilib. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin meydan sahibi olacağı matç “Dalğa Arena”da keçiriləcək.

 

Hərçənd, öncədən paytaxt təmsilçisinin ev sahibi kimi keçirməli olduğu görüş “İnter Arena”da baş tutmalı idi.

 

Buna “Qəbələ”nin Peşəkar Futbol Liqasına (PFL) müraciəti səbəb olub. Əyalət klubu II turda üz-üzə gələcəyi “İnter”in stadionunun süni örtüklü olmasını əsas gətirərək, matçın yerinin dəyişdirilməsini xahiş edib.

 

Buna səbəb kimi komandanın Avropa Liqasının pley-off mərhələsində “Maribor”la (Sloveniya) hər iki görüşünün təbii örtüklü stadionda keçiriləcəyi göstərilib. “Qəbələ”nin beynəlxalq miqyaslı oyunlarını nəzərə alan PFL “İnter” klubunun razılıq məktubuna əsasən qarşılaşmanın yerinin dəyişdirilməsinə qərar verib.

 

Qeyd edək ki, “Qəbələ” – “İnter” oyunu avqustun 12-də “Dalğa Arena”da keçiriləcək. “İnter” isə II dövrədəki matçın ev sahibi olacaq.