[b]“İnter” “Mladost”a qalib gələ bilməyəcək?[/b]
06.07.2017 - 15:50
[b]“İnter” “Mladost”a qalib gələ bilməyəcək?[/b]

Bu gün Avropa Liqasının I təsnifat mərhələsində Serbiya “Mladost”unu qəbul edəcək Bakının “İnter” klubu uğursuz seriyaya son qoymalıdı. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi avrokuboklardakı ev oyunlarında qələbə həsrəti yaşayır.

 

Belə ki, bakılılar öz meydanında keçirdiyi son 4 qarşılaşmada qalib gələ bilməyib. “İnter”in son belə qələbəsi 1092 gün öncə qeydə alınıb. Həmin vaxt təmsilçimiz Moldova “Tiraspol”undan güclü olub – 3:1.

 

2014-cü il iyulun 10-dakı qələbədən sonra 3 ilə yaxındır ki, qonaqlar Bakıda uduzmur. 2014/15 mövsümündə İsveç “Elfsborq”u (0:1), 2015/16 mövsümündə isə Albaniya “Laçi”si (0:0), İslandiya “Hafnarfyordur”u (2:2) və İspaniya “Atletik”i (0:0) məğlubedilməz olub.

 

Serbiyada 3:0 hesablı qələbə qazanan “İnter” “Mladost”u evdə də üstələsə, 1092 günlük həsrəti bitirmiş olacaq.