[b]“İnter” “Neftçi”dən qabaq öz arasında oynadı[/b]
13.08.2015 - 21:12
[b]“İnter” “Neftçi”dən qabaq öz arasında oynadı[/b]

Topaz Premyer Liqasının ikinci turunda “Neftçi” ilə qarşılaşacaq “İnter” matçın hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, bu gün Zaur Svanadzenin komandası “İnter Arena”da məşqə çıxıb.

 

İsinmə hərəkətlərindən sonra topla çalışan oyunçular iki komandaya ayrılaraq futbol oynayıblar.

 

Qeyd edək ki, “İnter” - “Neftçi” qarşılaşması avqustun 17-si saat 21:00-da başlayacaq.