[b]“İnter” avrokuboklara buraxılmayacaq: Əsas odu ki, klub yaşasın[/b]
26.01.2016 - 16:26
[b]“İnter” avrokuboklara buraxılmayacaq: Əsas odu ki, klub yaşasın[/b]

“İnter” mövsümün sona çatmasını gözləməyərək, avrokubok yarışından çəkildi. Apasport.az futbolinfo.az saytına istinadən xəbər verir ki, mövsümün ilk yarısından sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan paytaxt təmsilçisi UEFA tərəfindən tətbiq edilən cərimə müddətinin son tarixinədək bunu həyata keçirə bilmədiyi üçün qitəmiqyaslı yarışlardan 1 illik kənarlaşdırılacaq.


Məlumatı saytımıza verdiyi açıqlamada “bankirlər”in prezidenti Rəşad Qasımov da dolayısı ilə təsdiqlədi: “Göstərilən zaman elə də kritik məsələ deyil. Əsas odu ki, klub yaşasın. Borcların ödənilməsi ilə bağlı iş gedir. Yalnız UEFA-nın qeyd etdiyi futbolçuların deyil, hamının borclarını qaytarmaq fikrindəyik. Sadəcə, vaxt məsələsidi. İndi borcu ödəyib, klubu pis vəziyyətdə qoymaqdansa, bir il avrokuboklardan kənar qalmaq daha yaxşıdı. İlk olaraq, avrokuboklara vəsiqə qazanmaq lazımdı. Hələ ki, mövsümün ortasıdı və sona çox var. Təbii ki, qitə yarışlarından kənar qalmaq kluba böyük zərbə olar, amma hazırda əsas məqsəd “İnter”in yaşamasıdı.


Qeyd edək ki, “İnter” yanvarın 31-dək UEFA-nın göstərdiyi futbolçuların borclarını ödəməsə, 2016-2017 mövsümündə avrokuboklarda iştirakına qadağa qoyulacaq. 

0