[b]“İnter” - Avropa Liqasında üç komandadan biri[/b]
30.06.2017 - 09:20
Bakı “İnter”i Avropa Liqasının I təsnifat mərhələsinin ən yaxşı səfər komandalarından olub. Apasport.az saytının məlumatına görə, Serbiyada “Mladost”u 3:0 hesabı ilə yenən Zaur Svanadzenin yetirmələri rəqib meydanında böyükhesablı qələbə əldə edən 3 komandadan biridi.
Bakılılar kimi Slovakiya “Slovan”ı da səfərdə 3 top fərqinə sevinib. Bratislava təmsilçisi Ermənistanda “Pünik”ə “dərs keçib” – 4:1.
Digər böyükhesablı qələbənin müəllifi olan Kipr AEL-i isə daha fərqli qaələbəyə sevinib. Ada təmsilçisi Cəbəllütariqdə “Sent Cozef”i 4:0 hesabı ilə yenib.
0
0