[b]“İnter” bir rekorda ortaq olub, birini də yenilədi[/b]
08.05.2016 - 00:25
[b]“İnter” bir rekorda ortaq olub, birini də yenilədi[/b]

Topaz Premyer Liqasının XXXIII turunda səfərdə “Rəvan”la qarşılaşan “İnter” rəqibini  darmadağın edib. Apasport.az saytının məlumatına görə, 4:0 hesablı qələbəyə sevinən “bankirlər” bu nəticə ilə mövsümün rekorduna şərik olub.

 

Belə ki, bu hesab səfərdə əldə olunan ən böyük hesablı ikinci qələbədi. İlk olaraq isə XXIX turda “Zirə” səfərdə məhz “Rəvan”ı 4 cavabsız qolla darmadağın etmişdi.

 

Əlavə olaraq, “bankirlər” bu qələbə ilə özlərinə məxsus olan daha bir rekord nəticəni yeniləyiblər. Paytaxt klubu tarixi ərzində 12 dəfə qarşılaşdığı “sarı-qırmızılı” klubla oyunlarda heç vaxt xal itirməyiblər – 12 oyun, 12 qələbə.  

0